Mövqe təyini üsulları
Telefonunuz GPS, GLONASS, A-GPS, Wi-Fi və ya şəbəkə (Mobil ID) əsaslı mövqe təyinindən istifadə
edərək olduğunuz yeri xəritədə göstərir.
Məkan məlumatlarının mövcudluğu, dəqiqliyi və tamlığı, məsələn, olduğunuz yerdən, ətrafdan və
üçüncü tərəf mənbələrdən asılı ola və məhdud ola bilər. Məkan məlumatı, məsələn, binaların daxilində
və ya metroda mövcud olmaya bilər. Mövqeyin təyin edilməsi metodları ilə bağlı məxfilik məlumatı
üçün Microsoft Mobile Məxfilik Siyasətinə baxın.
Köməkçi GPS (A-GPS) şəbəkəsi xidməti və GPS və GLONASS-a digər oxşar təkmilləşmələr mövqe
məlumatını mobil şəbəkədən istifadə edərək əldə edir və cari mövqeyinizi hesablamaqda GPS-ə
kömək edir.
A-GPS və ya digər GPS təkmilləşmələri və GLONASS mobil şəbəkə vasitəsilə kiçik həcmdə məlumat
ötürülməsini tələb edə bilər. Məlumat xərclərinə yol vermək istəmirsinizsə, məsələn, səyahət zamanı,
telefon parametrlərindən mobil məlumat bağlantısını söndürə bilərsiniz.
Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda,
Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artıra bilər. Wi-Fi şəbəkəsindən istifadənin
məhdudlaşdırıldığı yerlərdə telefon parametrlərindən Wi-Fi-ı söndürə bilərsiniz.
Qeyd: Wi-Fi istifadəsi bəzi ölkələrdə məhdudlaşdırıla bilər. Məsələn, AB-də 5150–5350 MHs, ABŞ
və Kanadada isə 5,15–5,25 GHs Wi-Fi-dan yalnız qapalı məkanda istifadəyə icazə verilir. Ətraflı
məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.
Məsafə ölçməsi peyk bağlantınızın mövcudluğundan və keyfiyyətindən asılı olaraq dəqiq olmaya bilər.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
79