Telefonun proqram təminatını yeniləmək
Yeniliklərlə ayaqlaşın – telefonunuz üçün yeni və təkmil xüsusiyyətləri əldə etmək üçün telefonunuzun
proqram təminatını və proqramları simsiz şəkildə yeniləyin. Proqram təminatını yeniləmək telefonun
məhsuldarlığını təkmilləşdirə bilər.
Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin
olun.
Xəbərdarlıq: Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz yenidən
işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də etmək mümkün
olmayacaq.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
97
Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri
ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.
Susmaya görə, məlumat bağlantısı, məsələn, rouminq icazə verdikdə, telefonunuz avtomatik olaraq
mövcud yeniləmələri yükləyəcək. Telefonunuz yeniləməyə dair bildirdikdə sadəcə olaraq telefonun
ekranında göstərilən təlimatlara əməl edin.
İşarə:Proqram yeniləmələri üçün Mağazaya baxın.
Yeniləmədən sonra yeni istifadəçi təlimatınız üçün Nokia Care proqramı və ya dəstək üzrə səhifələri
yoxlayın.
Yeniləmənin avtomatik yüklənməsini söndürmək
Məlumat xərclərinizə nəzarət etmək istəyirsinizsə, yeniləmələrin avtomatik yüklənməsini söndürə
bilərsiniz. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Telefon
yenilənməsi toxunun və Verilənlər parametrlərim imkan verdikdə yeniləmələri avtomatik endir
seçim xanasını təmizləyin.