Giriş kodları
Telefonunuzda olan müxtəlif kodların nə üçün olması maraqlıdır?
PIN kodu
(4-8 rəqəm)
Bu, SIM kartınızı icazəsiz istifadədən qoruyur və
ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün tələb
olunur.
Siz telefonu yandırdıqda PIN kodun tələb
olunmasını təyin edə bilərsiniz.
Kodunuzu unutmusunuzsa və ya o, kartınızla
birlikdə təmin edilməyibsə, şəbəkə xidməti
təminatçınızla əlaqə saxlayın.
Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil etsəniz,
PUK kodu ilə telefonu blokdan çıxartmalısınız.
PUK
Bu PIN kodunu blokdan çıxartmaq üçün tələb
olunur.
SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə
xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (kilid kodu, parol)
(minimum 4 rəqəm)
Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa
kömək edir.
Siz telefonu yandırdıqda seçdiyiniz kilid kodunun
tələb olunmasını təyin edə bilərsiniz.
Kodu gizli yerdə və telefondan ayrı saxlayın.
Kodu unutsanız və telefonunuz kilidlənərsə,
telefonunuzu texniki xidmətə aparmaq tələb
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
108
olunacaq. Əlavə xərclər tələb oluna və
telefonunuzda olan şəxsi məlumatlar silinə bilər.
Ətraflı məlumat almaq üçün Nokia Care və ya
telefon dilerinizlə əlaqə saxlayın.
IMEI
Bu şəbəkədə olan telefonları təyin etmək üçün
istifadə edilir. Siz bu nömrəni Nokia Care
xidmətlərinə təqdim etməli ola bilərsiniz.
IMEI nömrənizə baxmaq üçün *#06# yığın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
109