Simsiz qulaqlığı qoşmaq
Simsiz qulaqlıq ilə (ayrıca satılır) telefonunuzla əlinizdən istifadə etmədən danişa bilərsiniz – əlinizdəki
işə, məsələn, kompüterdə işləməyə davam edə bilərsiniz.
Bluetooth simsiz texnologiyaya malik cihazlar radio dalğalardan istifadə edərək əlaqə yaratdığından
onları yanaşı saxlamağa ehtiyac yoxdur. Buna baxmayaraq Bluetooth cihazları arasında məsafə 10
metr (33 fut) olmalıdır, lakin divarlar və ya digər elektron cihazlar bağlantıya mane ola bilər.
Bluetooth yanlı olduqda cihazlar telefonunuza qoşula bilər. Digər cihazlar yalnız Bluetooth
parametrlər görünüşü açıq olduqda telefonunuzu aşkarlaya bilər.
Naməlum cihazlara qoşulmayın və ya onların bağlantı təkliflərini qəbul etməyin. Bu, cihazınızı zərərli
məzmundan qorumağa kömək edir.
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Bluetooth toxunun.
1. Status seçimini Aktiv
kimi dəyişin.
2. Qulaqlığın işlək vəziyyətdə olduğunu yoxlayın.
Siz qulaqlıqda qoşulma prosesini aktivləşdirməli ola bilərsiniz. Təfərrüatlar üçün qulaqlığın istifadəçi
təlimatlarına baxın.
3. Telefonunuzu və qulaqlığı qoşmaq üçün aşkarlanan Bluetooth cihazlarının siyahısında qulaqlığa
toxunun.
4. Parolu daxil etməniz tələb oluna bilər. Təfərrüatlar üçün qulaqlığın istifadəçi təlimatlarına baxın.
İşarə:Bu bağlantı göstərişləri həm də digər Bluetooth aksesuarlarına aiddir.
Qulaqlıqla əlaqəni kəsin
Siyahıda qoşulmuş qulaqlığa toxunun.
Siz qulaqlığı yenidən yandıranda, bağlantı avtomatik açılacaqdır. Qoşmanı silmək üçün Bluetooth
cihazları siyahısında olan qulaqlığa toxunub saxlayın və Sil seçiminə toxunun.