Cihazınızın adını dəyişmək
Bluetooth vasitəsilə digər cihazlara qoşularkən aşkarlanmanı asanlaşdırmaq üçün telefonunuzun
cihaz adını dəyişə bilərsiniz.
1. Uyğun USB kabeli ilə telefonunuzu Windows platformalı müvafiq kompüterlə qoşun.
2. Kompüterin Windows Explorer ekranında telefonunuzu tapın.
3. Windows Phone nişanına sağ ilə klikləyin və telefonunuzun xüsusiyyətləri görünüşünü açın.
4. Standart adı istədiyiniz kimi dəyişin. Standart adı adətən Windows Phone olur.
Telefonunuza Bluetooth adı cihaz adı ilə eynidir.