Microsoft Office Mobile
Microsoft Office Mobile ofisdən kənarda sizin "ofisinizdir".
Word sənədlərini və Excel cədvəllərini yaratmaq və redaktə etmək, PowerPoint slayd nümayişlərini
açmaq və onlara baxmaq, SharePoint-dən istifadə etməklə sənədləri paylaşmaq üçün Office
mərkəzinə daxil olun.
Siz həm də sənədlərinizi OneDrive-da saxlaya bilərsiniz. OneDrive telefon, planşet, kompüter və ya
Xbox-dan sənədlərinizə daxil olmaq üçün istifadə edə bildiyiniz bulud yaddaşıdır. Sənəd üzərində işi
bitirdikdən sonra ona geri qayıtdıqda hansı cihazdan istifadə etməyinizdən asılı olmayaraq qaldığınız
yerdən davam edə bilərsiniz.
Microsoft Office Mobile aşağıdakılardan ibarətdir:
• Microsoft Word Mobile
• Microsoft Excel Mobile
• Microsoft PowerPoint Mobile
• Microsoft SharePoint Workspace Mobile
• OneDrive