Veb-səhifəni paylaşmaq
Maraqlı veb-səhifə ilə qarşılaşdığınız zaman, onu dostlarınıza göndərə bilərsiniz. Əgər dostlarınız
yanınızdadırsa, sadəcə telefonları birlikdə toxundurmaqla səhifəni paylaşmaq üçün NFC-dən istifadə
edin. Əks halda, səhifəni e-poçt və ya mətn mesajında göndərə və ya sosial şəbəkələrdə dərc edə
bilərsiniz.
1. NFC seçiminin aktivləşdiyinə əmin olmaq üçün başlama ekranında ekranın yuxarısından aşağı çəkin,
Bütün parametrlər > NFC vurun və Paylaşmaq üçün toxundur Aktiv
kimi seçin.
2. Internet Explorer vurun və veb-sayta daxil olun.
3. Vurun:
> Səhifəni paylaş > Pay-q üçün toxundur (NFC).
4. Telefonunuzla dostunuzun telefonuna toxunun. Digər telefon NFC-ni dəstəkləməlidir. Əlavə
məlumat üçün digər telefonun istifadəçi təlimatlarına baxın.
Bu funksiya NFC-ni dəstəkləyən bütün telefonlarla uyğun gəlməyə bilər.
Veb-səhifəni e-poçt və ya mətn mesajında göndərin və ya sosial şəbəkələrdə dərc edin
Baxış zamanı
> Səhifəni paylaş vurub necə paylaşmaq istədiyinizi seçin.