İnternet qoşulmalarını təyin etmək
Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif yoxsa istifadəyə görə tarif
tətbiq edir? Rouminq zamanı və evdə olarkən məlumat xərclərini azaltmaq üçün Wi-Fi və mobil
məlumat parametrlərini dəyişin.
Mühüm: Wi-Fi bağlantınızın təhlükəsizliyini artırmaq üçün şifrələnmədən istifadə edin.
Şifrələnmədən istifadə digərlərinin məlumatlarınıza icazəsiz girişi təhlükəsini azaldır.
Ümumiyyətlə, Wi-Fi bağlantısından istifadə mobil məlumat bağlantısı ilə müqayisədə daha sürətli və
ucuzdur. Əgər həm Wi-Fi, həm də mobil məlumat bağlantıları mövcud olarsa, telefonunuz Wi-Fi
bağlantısından istifadə edir.
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və seçiminə toxunun.
1. Wi-Fi şəbəkəsi seçimini Aktiv
seçiminə dəyişin.
2. İstifadə etmək istədiyiniz qoșulmanı seçin.
Mobil məlumat qoşulmasından istifadə
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Mobil+SİM kart toxunun
və Məlumat bağlantısı seçimini Aktiv
seçiminə dəyişin.
Rouminq zamanı mobil məlumat qoşulmasından istifadə
Başlama ekranında, ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Mobil+SİM kart toxunun
və Məlumat rouminqi seçimləri seçimini Rouminq seçiminə dəyişin.
Rouminqdə, xüsusən də xaricdə, internetə qoșulma məlumat tariflərini mühüm dərəcədə artıra bilər.
Məlumat rouminqində telefonunuz șəbəkə xidməti təminatçınızın sahib olmadığı və ya fəaliyyət
göstərmədiyi șəbəkələr üzərində məlumatın qəbulu üçün istifadə edilir.
İşarə:Məlumat istifadənizi həmçinin Məlumat sensoru proqramı ilə izləyə bilərsiniz.