Telefonu USB adapteri ilə doldurmaq
Batareyanız zavodda qismən doldurulur, lakin ilk dəfə telefonu yandırmazdan əvvəl onu yenidən
doldurmalı ola bilərsiniz.
Telefonunuzu doldurmaq üçün müvafiq USB kabelindən istifadə edin. Adapterdən ayrıca istifadə
mümkün ola bilər.
1. Əvvəlcə USB kabelini adapterə qoşun, adapteri divardakı enerji mənbəyinə taxın və kabelin mikro-
USB sonluğunu telefona qoşun.
2. Batareya dolu olduqda, adapteri telefondan, sonra divardakı enerji mənbəyindən ayırın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
9
Batareyanı doldurmaq üçün müəyyən doldurulma limiti yoxdur və telefondan doldurulma zamanı
istifadə edə bilərsiniz.
Batareya tam boşaldıqda, cihazınızdan istifadə etməmişdən əvvəl onun 20 dəqiqəyə qədər
doldurulması lazım gələ bilər. Doldurulma göstəricisi bu dəfə nümayiş olunmaya bilər.
İşarə:Divar rozetkası olmadıqda USB ilə doldurulmadan istifadə edə bilərsiniz. Cihaz
doldurularkən məlumat ötürülə bilər. USB ilə doldurulmanın effektivliyi əhəmiyyətli dərəcədə
fərqlənə bilər və doldurulmanın başlaması və cihazın fəaliyyətə başlaması uzun müddət çəkə
bilər.
Kompüterin işlək vəziyyətdə olmasını təmin edin.
Əvvəlcə USB kabelini kompüterə, sonra telefona qoşun. Batareya dolu olduqda, əvvəlcə USB
kabelini telefondan, sonra kompüterdən çıxardın.
Batareya dəfələrlə doldurula və boșaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışma və
gözləmə rejimlərinin vaxtı normal vaxtdan xeyli qısadırsa, batareyanı dəyişdirmək üçün cihazı ən yaxın
səlahiyyətli xidmət mərkəzinə aparın.