Nokia Lumia 920 - Batareya

background image

Batareya
Batareyanızın qayğısına qalın, o, telefonunuzun həyat enerjisidir.
Telefonunuz daxili, stasionar, təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yalnız bu telefon üçün

nəzərdə tutulmuş, Microsoft Mobile tərəfindən təsdiqlənmiş adapterlərdən istifadə edin. Siz

telefonunuzu doldurmaq üçün həm də uyğun USB kabelindən istifadə edə bilərsiniz.
Arxa qapağı açmağa və ya batareyanı çıxartmağa cəhd etməyin; cihazı zədələyə bilərsiniz. Batareyanın

dəyişdirilməsi üçün onu yaxınlıqda yerləşən səlahiyyətli xidmət mərkəzinə aparın.

Mühüm: Ancaq ixtisaslı işçilər və ya səlahiyyətli xidmət kanalları batareyanı əvəz etməlidir.

Batareyanın icazəsiz əvəz edilməsi zəmanətinizi qüvvədən sala bilər.