Əlaqələri köçürmək
Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqələrinizi, mesajlarınızı və şəkilləri köhnə
telefonunuzdan asanlıqla köçürmək üçün Məlumatlarımın köçürülməsi proqramından istifadə edin.
Proqram bütün telefon modelləri ilə işləməyə bilər.
İşarə:Əgər cihazınız Windows Phone-nun əvvəlki modellərindəndirsə yaxud əlaqələrinizin
nüsxəsini artıq Microsoft hesabında çıxartmısınızsa, siz həmçinin hesabınızı telefonunuza əlavə
edə və əlaqələrinizi telefona birbaşa xidmətdən idxal edə bilərsiniz.
Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM kartda deyil,
telefonun yaddaşında saxlanmalıdır.
1. Köhnə telefonunuzda Bluetooth-u yandırın və digər cihazların telefonunuzu görüb-görmədiyinə
əmin olun.
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və vurun: Məlumatlarımın
köçürülməsi.
3. Vurun: davam et və Bluetooth-u yandırın.
4. Tapılmış cihazların siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda göstərilən
göstərişlərə əməl edin.
Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıblarsa, əlaqə məlumatı düzgün
göstərilməyə bilər.
Əgər hələ Məlumatlarımın köçürülməsi proqramınız yoxdursa, siz onu www.windowsphone.com/s?
appid=dc08943b-7b3d-4ee5-aa3c-30f1a826af02-dan yükləyə bilərsiniz.