Yeni oyunlar al
Telefonunuza yeni oyunlar yükləmək və onları quraşdırmaq üçün Oyun mağazası veb-ünvanına daxil
olun.
1. Bașlama ekranında sola çəkin və Oyunlar > Oyun mağazası seçiminə toxunun.
2. Seçimə baxın və istədiyiniz oyuna toxunun.
3. Pulsuz oyun yükləmək üçün Quraşdır vurun.
4. Oyunu pulsuz sınaqdan keçirmək üçün Cəhd et vurun.
5. Oyunu satın almaq üçün Al vurun.
İşarə:Oyunun quraşdırılmışını ləğv etmək üçün Oyunlar toxunun, oyuna toxunub saxlayın və
Sil seçiminə toxunun.
Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
89
Uşağınızın yükləmələrini idarə edin
Uşağınızda Windows Phone 8.1 varsa, siz onların oyun və proqram yükləmələri və parametrlərini idarə
etmək üçün Ailəm veb-saytından istifadə edə bilərsiniz. Ailəmi quraşdırmaq üçün https://
www.windowsphone.com/family keçin, öz və uşağınızın poçt ünvanı və parolu ilə Microsoft hesabına
daxil olun və təlimatlara əməl edin.
Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Xüsusiyyət və xidmətin mövcudluğuna dair əlavə
məlumat üçün www.windowsphone.com ünvanında Qaydalar bölməsinə baxın.
Proqramların və oyunların mövcudluğu uşağınızın yaşından asılı ola bilər.