Vaxtı və tarixi avtomatik yeniləmək
Siz telefonunuzun vaxtı, tarixi və saat qurşağının avtomatik yeniləməsini qura bilərsiniz. Avtomatik
yeniləmə şəbəkə xidmətidir və regionunuzdan və ya şəbəkə xidməti təminatçınızdan asılı olaraq
mümkün olmaya bilər.
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Tarix+Vaxt seçiminə
toxunun.
Avtomatik qur seçimini Aktiv
kimi dəyişin.
İşarə:Vaxt formatını dəyişdirmək istəyirsiniz? 24-saatlıq saatı istəyinizə uyğun olaraq yandırın
və ya söndürün. Tarixlərin göstərilməsini dəyişdirmək üçün Bütün parametrlər > Region
seçiminə toxunun.
Vaxtı və tarixi mexaniki yeniləmək
Avtomatik qur seçimini Qeyri-aktiv
olaraq təyin edərək tarix və vaxtı redaktə edin.
Xaricə səyahət zamanı saat qurşağını mexaniki yeniləmək
Avtomatik qur seçimini Qeyri-aktiv
olaraq seçin və Saat qurşağı və yerə vurun.