Telefonun idarəetmə rejimini qurmaq
İdarəetmə rejimi avtomobili idarə edərkən diqqətin yayınmasını azaltmağa və diqqəti yola cəmləməyə
kömək edir.
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Sürücü rejimi >
Növbəti seçiminə toxunun.
2. Telefonun zəngləri qəbul etməməsi üçün Zəngləri rədd et parametrini Aktiv
təyin edin.
Telefonun mesajları qəbul etməməsi üçün Mətn mesajlarını rədd et parametrini Aktiv
təyin
edin.
3. Vurun: Növbəti.
4. Zəng və ya mesaj gələrkən, nə üçün cavab verə bilmədiyinizə dair avtomatik mətn mesajı göndərmək
üçün Zənglərə mesajla cavablar, Mətnlərə mesajla cavablar və ya hər ikisini Aktiv
təyin edin.
Mesajı redaktə etmək üçün mətn xanasına vurun.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
23
5. Növbəti > Cihaz əlavə et vurun və avtomobili idarə edərkən qoşulduğunuz Bluetooth cihazına,
məsələn, qulaqlığa vurun.
Telefon və əlavə edilmiş Bluetooth cihazı qoşulduqda idarəetmə rejimi avtomatik başlayır.