Görünüşlər və proqramlar arasında keçid
Başlama ekranınızda bütün lazımi proqramlara malik deyilsiniz? Proqramları tapmaq üçün proqramlar
menyusuna çəkin. Yaxud telefonunuzda artıq nəyin icra olunduğunu yoxlayın və proqramlar arasında
keçin.
Bütün proqramları telefonunuzda görmək üçün başlama ekranında sadəcə sola çəkin. Başlama
ekranına qayıtmaq üçün sağa çəkin.
İşarə:Proqramı cəld tapmaq üçün proqramlar menyusunda istənilən hərfə toxunun və aşağıdakı
menyuda istədiyiniz proqram üçün ilk hərf və ya simvola toxunun.
Açıq proqramlara baxın, dəyişin və bağlayın
Açıq proqramlara baxmaq üçün seçiminə basıb saxlayın. Proqramı dəyişmək üçün istədiyiniz
proqrama çəkin və ona toxunun. Sizə daha lazım olmayan proqramları bağlamaq üçün seçiminə
toxunun.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
21