Telefonunuzla tanıș olun
Telefonunuzda iki görünüş var, başlama ekranı və proqramlar menyusu. Görünüşlər arasında keçid
etmək üçün sola və ya sağa vurun.
Bașlama ekranı: Animasiyalı və canlı lövhələr cavabsız zəngləri və alınmış mesajları, ən son xəbərləri
və hava proqnozlarını və s. göstərir. Daxil edilən əlaqələrinizin yeniləmələri lövhəcikdə görünür və siz
əlaqələrinizin təfərrüatlarına birbaşa başlama ekranından baxa bilərsiniz.
Proqramlar menyusu: Bütün proqramlarınız burada səliqə düzülüb. Çoxlu proqramlarınız varsa birinə
baxmaq üçün toxunun.
Windows Phone proqramının lisenziya şərtlərinə daxil olmaq üçün Parametrlər > Sistem
haqqında seçin. Lütfən şərtləri oxuyun. Qeyd edək ki, proqramdan istifadə edərək siz şərtləri qəbul
edirsiniz. Əgər şərtləri qəbul etmirsinizsə, cihaz və ya proqramdan istifadə etməyin. Əvəzində, cihazın
geri qaytarılması siyasətini müəyyənləşdirmək üçün Microsoft Mobile və ya onu satın aldığınız tərəflə
əlaqə saxlayın.