Proqram, oyun və s. yükləmək
Pulsuz proqramlar, oyunlar və ya digər məzmun yükləyin və ya telefonunuz üçün məzmunlar satın
alın.
1. Bașlama ekranında sola sürüșdürün və vurun Mağaza.
2. Təfsilatlarına baxmaq üçün elementə vurun.
3. Element ödənişlidirsə, Al vurun və ya müəyyən müddətə elementi pulsuz sınaqdan keçirmək üçün
Cəhd et vurun. Element pulsuzdursa, Quraşdır vurun.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
46
Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.
4. Microsoft hesabınıza daxil olmamısınızsa, indi daxil olun.
5. Göstərilən təlimatlara əməl edin.
Yükləmə tamamlandıqda, siz onları aça və ya onlara baxa və ya digər məzmunları axtarmağa davam
edə bilərsiniz. Məzmun növü elementin telefonunuzda harada saxlanacağını müəyyən edir: musiqi,
videolar və podkastları Musiqi, Video və Podkastlar-da, oyunları Oyunlar-da və proqramları proqramlar
menyusunda tapmaq olar.
Elementə dair ətraflı məlumat üçün elementin müəllifi ilə əlaqə saxlayın.
İşarə:Böyük faylları yükləmək üçün Wi-Fi bağlantısından istifadə edin.
İşarə: Mağaza əsas görünüşündə yüklənən proqram, oyun və digər məzmunların neçəsinin
yeniləndiyinə dair ekranın yuxarı sağ küncündə bildiriş görəcəksiniz.
İşarə:Əgər siz yüklənmiş proqramlar, oyunlar və digər məzmunla bağlı məlumat görmək
istəyirsinizsə, başlama ekranında sola çəkin, Mağaza >
> Yükləmələr seçiminə toxunun
və mövcud yükləmələri görmək üçün Yükləmələr seçiminə və ya əvvəllər yüklənmiş məzmunu
görmək üçün Tarixçə seçiminə toxunun.
Əgər yüklədiyiniz proqram telefonunuzun dilini dəstəkləmirsə, proqram standart olaraq ABŞ
İngiliscədən istifadə edəcəkdir. Əgər birdən çox telefon dili əlavə etmisinizsə və proqram onlardan
birini dəstəkləyirsə, proqram dəstəklənən dildə yüklənir.
İşarə:Siz kompüterinizdən həm də Windows Phone Mağazasına baxmaq və məzmunu
telefonunuza yükləmək üçün istifadə edə bilərsiniz. www.windowsphone.com veb-səhifəsinə
keçin və proqramlar və oyunlara baxın, yaxud axtarın.