Nokia Lumia 920 - Şəkilləri və sənədləri cihazlar arasında paylaşmaq

background image

Şəkilləri və sənədləri cihazlar arasında paylaşmaq

OneDrive ilə siz şəkillərinizə, sənədlərinizə və cihazlarınızdan yüklədiyiniz digər məzmuna asanlıqla

daxil ola bilərsiniz.
Telefonunuzda, planşet və ya kompüterinizdə saxlanmış şəkillər, sənədlər və ya digər məzmunu

OneDrive-da yükləmək üçün Microsoft hesabınız ilə daxil olmalısınız. Başqa cihazdan yüklənmiş

məzmuna daxil olmaq üçün həmin məzmunu yüklədiyiniz zaman istifadə etdiyiniz Microsoft hesabı

ilə daxil olmalısınız.
Məzmunu yükləmək və ya endirmək üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə

tarif planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat

qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
OneDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Telefonunuzda şəkil və

videolarınıza Şəkillər mərkəzində baxa və ya Office mərkəzində Office sənədlərini aça bilərsiniz. Siz

həmçinin OneDrive proqramını Mağaza-dan yükləyərək telefonunuzda bütün fayl növlərinə baxa və

onları idarə edə bilərsiniz.
Planşet və ya kompüterinizdə onedrive.com ünvanında onlayn məzmununuzu idarə edə və ya

OneDrive proqramından istifadə edərək OneDrive onlara birbaşa iş masanızdan daxil ola bilərsiniz.

Əgər sizdə OneDrive proqramı quraşdırılmayıbsa, onu onedrive.com-dan yükləyə və quraşdıra

bilərsiniz.

İşarə:Kompüterinizdə olan OneDrive proqramı ilə siz yükləmək istədiyiniz faylları, məsələn,

Windows Explorer və ya Finder-də fayl menecerində asanlıqla OneDrive qovluğuna çəkərək

gətirə bilərsiniz və fayllar avtomatik olaraq OneDrive-a yüklənir.