Batareya müddətini uzatmaq
Sizə lazım olan batareya müddətini əldə edərkən telefondan optimal șəkildə istifadə edin.
Telefonunuzda enerjiyə qənaət etmək üçün bır sıra üsul var.
Enerjiyə qənaət etmək üçün:
Simsiz doldurulma
Həmişə batareyanı tamamilə doldurun.
Yalnız sizə lazım olan səsləri seçin
Lüzumsuz səsləri, məsələn, düymə basımı səslərini
səssiz edin. Başlama ekranında ekranın yuxarısından
aşağı çəkin, Bütün parametrlər > Zəng melodiyaları
+Səslər toxunun və saxlanacaq səsləri seçin.
Naqilli qulaqlıqlardan istifadə edin
Dinamik əvəzinə naqilli qulaqlıqlardan istifadə edin.
Batareya Qənaəti istifadə edin
Siz telefonu batareyanın doldurulma səviyyəsi aşağı
olduqda avtomatik olaraq enerjiyə qənaət etməyə qura
bilərsiniz. Batareyanın vəziyyətini yoxlamaq və Batareya
Qənaəti seçimini yandırmaq üçün başlama ekranında
sola çəkin və Batareya Qənaəti seçiminə toxunun.
Telefonunuz batareyaya qənaət rejiminə keçdikdə digər
proqramların hamısının parametrlərini dəyişmək
mümkün olmaya bilər.
Telefonun ekran parametrlərini
dəyişmək
• Ekranın qısa müddətdən sonra sönməsini təyin edin.
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
35
və Bütün parametrlər > Kilid ekranı > Ekran işində
fasilə toxunun.
• Parıltı parametrlərini dəyişin. Telefonunuzu hərəkət
etdirən zaman vaxt və bildirişlərinizə qısaca baxmaq
üçün başlama ekranında ekranın yuxarısından aşağı
çəkin, Bütün parametrlər > Parıltı seçiminə toxunun
və Parıltı ekranı seçimini cəld baxış seçiminə dəyişin.
Parıltı söndürmək üçün Parıltı ekranı seçimini qeyri-
aktiv seçiminə dəyişin.
• Telefonunuzu yalnız lazım olduqda oyatmaq üçün iki
dəfə vurun. Xüsusiyyəti söndürmək üçün başlama
ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün
parametrlər > toxunuş seçiminə toxunun, sonra
Oyanış seçimini Qeyri-aktiv
seçiminə dəyişin.
Ekran aydınlığını azaltmaq
• Başlama ekranında ekranın yuxarısından aşağı çəkin
və Bütün parametrlər > Parlaqlıq toxunun.
Avtomatik tənzimlə-nin Qeyri-aktiv
-a
dəyişdiyinə əmin olun. Səviyyə parametrini Zəif və
Avtomatik tənzimlə parametrini Aktiv
təyin
edin.
• Batareya qənaəti aktiv olanda ekranın parlaqlığını
azaltmaq üçün başlama ekranında ekranın
yuxarısından aşağı çəkin, Bütün parametrlər >
displey seçiminə toxunun və Batareya Qənaəti
aydınlıq seçimini Aktiv
seçiminə dəyişin.
Proqramların fonda icrasını dayandırın
İstifadə etmədiyiniz bütün proqramları bağlayın.
Proqramların əksəriyyətini bağlamaq üçün basıb
saxlayın və bağlamaq istədiyiniz proqramlarda
seçiminə toxunun.
Seçim əsasında məkan xidmətlərindən
istifadə edin
Əgər siz məkan xidmətlərini aktiv vəziyyətdə saxlamaq
istəyirsinizsə, lakin qeydiyyat xidmətlərindən istifadə
etmək istəmirsinizsə, sola çəkin və Parametrlər
vurun. Proqramlar-a keçin, Əlaqələr vurun və Yerimdən
istifadə et seçimini Qeyri-aktiv
-a dəyişin.
Şəbəkə bağlantılarından seçim əsasında
istifadə edin
• Telefonunuzu yeni e-poçtları gec-gec və ya hətta
sorğulandıqda yoxlamağı qurun. Hər bir poçt
qutusunda
> Parametrlər > Sinxronlaşma
parametrləri seçiminə toxunun və sinxronlaşdırmaq
vaxtını seçin.
• Bluetooth-u yalnız ehtiyac olduqda aktivləşdirin.
• NFC-ni yalnız lazım olduqda yandırın. NFC Xüsusiyyəti
söndürmək üçün başlanğıc ekranında ekranın
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
36
yuxarısından aşağı çəkin, Bütün parametrlər > NFC
vurun və Paylaşmaq üçün toxundur Qeyri-aktiv
kimi seçin.
• Mobil məlumat bağlantısındansa, internetə qoşulmaq
üçün Wi-Fi bağlantısından istifadə edin.
• Telefonunuzun mümkün simsiz şəbəkələri
axtarmasını dayandırın. Başlama ekranında ekranın
yuxarısından aşağı çəkin, Bütün parametrlər > Wi-Fi
toxunun və Wi-Fi şəbəkəsi seçimini Qeyri-aktiv
seçiminə dəyişin.
• Musiqiyə qulaq asır və ya telefonunuzdan başqa
formada istifadə edirsinizsə, lakin zəng etmək və
qəbul etmək istəmirsinizsə, Uçuş rejimi ni
aktivləşdirin. Başlama ekranında ekranın yuxarısından
aşağı çəkin, Bütün parametrlər > Uçuş rejimi toxunun
və Status seçimini Aktiv
seçiminə dəyişin.
Batareya istifadəsini yoxlayın
Hansı proqramların batareyanın istismar müddətini boşaltdığını yoxlamaq üçün başlama ekranında
sola çəkin, Batareya Qənaəti toxunun və İstifadə seçiminə keçin.